Onlayn ictimai-siyasi qəzet
Bakının Xəzər rayonunda 1995-ci il təvəllüdlü Cahangirov Amil Hikmət oğlu və 1970-ci il təvəllüdlü Cahangirov Hikmət Əlihüseyn oğlu dava zamanı bıçaqlanıb.
Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Binə Atçılıq yaşayış massivində qeydə alınıb.
Xəstəxanaya yerləşdirilən 29 yaşlı A.Cahangirova 8 bıçaq zərbəsi vurulub.
Əldə edilən məlumata görə, onları qonşuluqda yaşayan şəxs dava zamanı bıçaqlayıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ