Onlayn ictimai-siyasi qəzet
Sosial platformalarda yutuber Deniz Aksoy adı ilə tanınan Türkiyə vətəndaşı Deniz Hocaoğlu bir neçə gün öncə Bakıda “Ford Mustang” markalı avtomobil icarələyib. Şirkət çatdırılma xidməti ilə sifarişi Aksoyun qaldığı hotelə təhvil verib.
Sözügedən şəxs avtomobili istifadə etdikdən sonra zədələdiyi avtomobili “yanacağım bitdi” bəhanəsi ilə təhvil vermədən, elə yolun ortasındaca qoyaraq qaçıb.
Şirkət maşını tərk edildiyi yoldan götürdükdə məlum olub ki, avtomobillə qəza törədilib, avtomobilə çoxlu cərimələr yazılıb.
Şirkətin nümayəndəsi türk vətəndaşı ilə əlaqə saxlayaraq dəymiş ziyanın ödənilməsini tələb etdikdə, əvvəlcə “mən ödəyərəm” deyib, ardınca isə “işim var, azəri xanımla əylənirəm, sonra gələcəyəm” kimi nalayiq ifadələr işlədib. Bir neçə gün öncə Azərbaycanı tərk edən Aksoyun törətdiyi əməllə bağlı dərhal polisə məlumat verilib./patrul.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ