İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qəza zamanı 6 nəfər xəsarət alıb

Bakının Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə aeroport şossesində Milli Aviasiya Akademiyasının qarşısında baş verib. Zəncirvari qəza zamanı “Mercedes”, “VAZ 2107” və “Opel” markalı avtomobillər toqquşub. Qəza nəticəsində ümumilikdə 6 nəfər xəsarət alaraq 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, yaralılardan üçünün vəziyyəti ağırdır.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR