İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qətl törədilib - YENİLƏNİB

Oktyabrın 24-də saat 16 radələrində paytaxtın Nəsimi rayonunda 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsənov Araz Malik oğlunu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Saxlanılan şəxs 1963-cü il təvəllüdlü Abbasov Səyavuş Nəriman oğludur.

***

17:53

 

Bakıda qətl hadisəsi törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, oktyabrın 24-də saat 16 radələrində paytaxtın Nəsimi rayonunda 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsənov Araz Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR