İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda pambıq əkini kəskin azalıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 270,5 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb.

Musavat.com Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz azdır.

Hesabat dövründə 25 959,8 hektar sahədə dənli və dənli paxlalı bitkilər, o cümlədən 24 483,4 hektar sahədə qarğıdalı, 741,4 hektar sahədə buğda, 6448,5 hektar sahədə vələmir, 265,5 hektar sahədə çəltik, bundan əlavə, 40,5 min hektar sahədə kartof, 43,6 min hektar sahədə tərəvəz, 12,3 min hektar sahədə bostan bitkiləri, 63,7 min hektar sahədə pambıq, 9,9 min hektar sahədə dən üçün günəbaxan, 5,5 min hektar sahədə şəkər çuğunduru, 1,4 min hektar sahədə tütün, 39,3 min hektar sahədə çoxillik otlar, 3,7 min hektar sahədə birillik otlar və 0,2 min hektar sahədə sair yazlıq bitkilər əkilib.

Beləliklə, dənli və dənli və dənli paxlalı bitkilərin əkin sahəsi 15,2 faiz, o cümlədən qarğıdalı əkinləri 14,7 faiz, buğda əkinləri 15,6 faiz, vələmir əkinləri 23,7 faiz artıb, çəltik əkini isə 47 faiz azalıb. Eyni zamanda kartof əkinləri 7,1 faiz, tərəvəz 3,4 faiz, bostan bitkiləri 9,2 faiz, pambıq 29,5 faiz, dən üçün günəbaxan 8,1 faiz, birillik otlar 4,6 faiz, çoxillik otlar 6,5 faiz azalıb. Əvəzində tütün əkinləri 30,4 faiz, şəkər çuğunduru əkinləri isə 1,8 faiz artıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

15 May 2025

BÜTÜN XƏBƏRLƏR