İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistandan Hindistanla bağlı SON DƏQİQƏ AÇIQLAMASI: “Razılığa gəldik”

Pakistan və Hindistan orduları arasında mövcud atəşkəs rejiminin müddəti mayın 18-dək uzadılıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar məlumat verib.

Nazirin sözlərinə görə, tərəflər arasında bu gün aparılan danışıqlardan sonra atəşkəsin uzadılması barədə razılıq əldə olunub.

“Bu gün qarşılıqlı təmasımız zamanı razılığa gəldik ki, atəşkəs mayın 18-dək davam edəcək”, – deyə o bildirib.

Qeyd edək ki, mayın 10-da ABŞ Prezidenti Donald Tramp Hindistanla Pakistan arasında atəşkəsin bərqərar olduğunu açıqlamışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

15 May 2025

BÜTÜN XƏBƏRLƏR