İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qardaş qətli ilə sonlanan ailə faciəsinin TƏFƏRRÜATI - Amansız cinayətdən FOTO

2020-ci il avqustun 8-də 3 saylı Masallı rayon sakini 1998-ci il təvəllüdlü Səfa Eynullayev qətlə yetirilir. Polis əməkdaşları tərəfindən Sabunçu şəhər 3 saylı Kliniki Xəstəxanasında mərhumun qardaşı Elmin Eynullayev və qonşusu Tural Heydərzadə saxlanılaraq şöbəyə gətiriliblər.

Araşdırma zamanı məlum olub ki, hadisə Ramana qəsəbəsinin Atçılıq massivində baş verib. Bundan sonra, aidiyyəti üzrə həmin şəxslər Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinə təhvil veriliblər.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Elmin Eynullayev onunla eyni ünvanda yaşayan qardaşı Səfa Eynullayevlə tez-tez mübahisə edib. Buna Səfanın narkotik maddələrdən istifadə etməsi və evdəki əşyaları satması səbəb olub. Avqustun 8-də qardaşlar mübahisə edə-edə yaşadıqları evdən təxminən 200 metr uzaqlaşaraq, Atçılıq massivindəki boş ərazidə dava ediblər. Bu zaman Elmin qisas məqsədi ilə şalvarının cibindən çıxardığı açılıb-qatlanan bıçaqla Səfa Eynullayevə 3 dəfə zərbə vuraraq, onu öldürüb.

İş üzrə dindirilmiş Elmin Eynullayev bildirib ki, 1995-ci ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olub. Orta məktəbin 4-cü sinfindən çıxaraq, 2007-ci ildə anası və qardaşı Səfa ilə birlikdə Bakı şəhərinə köçüb:

 Screenshot_6.png (590 KB)

"Bakıda qardaşımla fəhlə kimi müxtəlif yerlərdə çalışırdıq. Anam NZS qəsəbəsində, çörək sexində işləyirdi. Ölkədə karantin rejimi tətbiq olunandan sonra hər ikimiz işsiz qaldıq. 2011-ci ildə Şamaxı Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə 1 il şərti cəzaya məhkum olunmuşam. 2012-ci ildə Suraxanı Rayon Məhkəməsinin CM-in 221-ci (xuliqanlıq) maddəsi ilə 40 saat ictimai işlər cəzasına, 2013-cü ildə oğurluğa görə yenə Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il şərti cəzaya və nəhayət 2014-cü ildə avtomobil qaçırdığıma görə Nizami Rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum olunmuşam. 2019-cu il avqustun 16-da cəzanın sonu ilə əlaqədar azad edildim. Azadlığa çıxandan sonra ailə üzvlərimlə Yeni Ramana qəsəbəsinin Atçılıq yaşayış massivində yaşayırdıq. Qardaşımın narkotik maddələr qəbul etdiyini biləndən sonra, dəfələrlə ondan pis vərdişini tərgitməsini tələb etdim. Lakin Səfa sözlərimə məhəl qoymurdu. Buna görə, aramızda mübahisələr baş verirdi. Qardaşım narkotik maddənin təsirindən çox vaxt özündə olmurdu və məni əsəbiləşdirən hərəkətlər edirdi.

 Screenshot_5.png (549 KB)

Avqustun 6-da dayım Orxan Eynullayev Səfanın əlində iynə tapdığına görə növbəti dəfə onu evdən qovdu və bir daha geri qayıtmamasını bildirdi. Növbəti gün saat 20:00 radələrində anam evdən çıxaraq işə, mən isə dostumla görüşmək üçün Zabrat qəsəbəsinə getdim. Yolda açılıb-qatlanan bıçaq tapdım. Avqustun 8-də səhər Səfanın evə girdiyini gördüm. O, paltarını dəyişəndən sonra, yenə mübahisə etməyə başladıq. Həyətdə səs-küy eşidilməməsi üçün qardaşımla birlikdə, yaşadığımız evdən bir az uzaqlaşaraq, boş əraziyə getdik. Qonşum Tural Heydərzadə arxamızca gələrək, bizi sakitləşdirməyə çalışdı. Səfa yerdən ağac parçasını götürüb, məni vuranda, bıçaqla ona xəsarət yetirdim. Qardaşım yerə yıxılan kimi, ona daha 1-2 zərbə endirdim. Sonra Turalla yola çıxıb, taksi saxladaraq Səfanı xəstəxanaya apardıq. Orda həkimlər müayinə edib, qardaşımın öldüyünü bildirdilər. Polis əməkdaşları xəstəxanaya gələrək, bizi 12-ci Polis Şöbəsinə apardılar".

 Screenshot_4.png (541 KB)

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində Rəfayə Eynullayeva ifadəsində göstərib ki, Səfa son 2 il olar ki, iynə ilə damarlarına narkotik vasitələr vurub, oturub-durduğu dostları tüfeyli həyat tərzi keçirən adamlar olub:

"Mobil telefonları evdən gizlin götürüb satırdı, hər gün evdən 4-5 manat götürüb narkotik maddələrə verirdi. Elmin hər dəfə Səfaya "Anamız yazıqdı, əzabla işləyib, pul qazanır. Sən isə aparıb pulları iynəyə verirsən. Narkotikin daşını at, lazımdırsa, səni müalicəyə aparaq" , - deyirdi. Amma Səfa sözlərinə məhəl qoymurdu, aralarında mübahisələr yaranırdı. Qonşumuz Tural da oğluma deyib ki, bu yolun sonu yoxdur. Avqustun 8-də evimizin yaxınlığında növbəti mübahisə zamanı Elmin Səfanı bıçaqla vuraraq, öldürüb".

 Screenshot_3.png (430 KB)

Şahid Asif Qasımov bildirib ki, avqustun 8-də idarə etdiyi "Opel" markalı avtomobillə işə gedərkən, Tural adlı şəxs əl edib, onu saxlayaraq, bir nəfəri təcili xəstəxanaya çatdırmaq lazım olduğunu deyib:

"Razılaşandan sonra, Turalla Elmin maşınıma oturub Atçılıq massivinə tərəf sürməyimi xahiş etdilər. Yolun kənarında yerdə, üst-başı qana bulaşmış vəziyyətdə uzanmış oğlanı görəndə, əvvəl qorxdum və onu avtomobilimə mindirmək istəmədim. Amma həmin şəxslər mənə yalvardıqları üçün, köməkləşib yaralını arxa oturacağa uzatdıq. Onları 3 saylı xəstəxanaya apardım və sonra çıxıb getdim".

Məhkəmə iclasında Elmin Eynullayev ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində bildirib ki, oğluna qarşı şikayəti yoxdur. Ona yüngül cəza təyin edilməsini xahiş edib.

 Screenshot_2.png (572 KB)

Məhkəmə hesab edib ki, Elmin Eynullayevin əməlləri istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə düzgün tövsif edilib və məhkəmə zamanı tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Elmin Eynullayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR