İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qadını avtomobil vurub

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Avtoqəza Zabrat şosesində baş verib.

Yolu keçən 1975-ci il təvəllüdlü Aynur Tərxan qızı Əmirovanı minik avtomobili vurub. Qadın açıq kəllə-beyin travması və sağ ayaq sümüklərinin sınığı diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Səhiyyə ocağından verilən məlumata görə, piyadanın vəziyyəti ağır qiymətləndirilir.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar. (APA)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR