İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda parkda gecələyən ailə ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Bakıda ev sahibi tərəfindən küçəyə atılan ailənin görüntüləri yayılıb.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, onkoloji xəstəlikdən əziyyət çəkən qadın, üç uşağı və anası ilə birlikdə küçədə, parklardan birində gecələməli olub.

Ailənin görüntüləri sosial şəbəkələrdə yayılıb və polis əməkdaşları tərəfindən dərhal tədbir görülüb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən küçədə gecələyən ailə nəzarətə götürülüb.

Ailə üzvlərindən bir nəfər müalicə almaq üçün müvafiq xəstəxanaya, azyaşlılar isə aidiyyəti dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə sığınacağa yerləşdiriliblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR