Onlayn ictimai-siyasi qəzet
Bakıda iaşə müəssisəsində oğurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Səbail rayonu ərazisində yerləşən iaşə obyektində bir nəfər şəxsin çantasından 3500 manat pulu oğurlanıb.
Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən İslam Tağıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ