Onlayn ictimai-siyasi qəzet
Bakıda taksi sürücüsü ilə qadın sərnişin arasında münaqişə yaşanıb.
Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində baş verib. Taksi şirkətlərindən birinin sürücüsü olan Ş.Z. narkotikin təsirində avtomobili idarə edib. Bu zaman götürdüyü qadın sərnişinlə arasında mübahisə yaranıb və o, həmin müştəri ilə dalaşıb.
Qadın hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə sürücü Ş.Z. barəsində 15 sutkalıq inzibati həbs qərarı verilib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ