İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail xarici işlər nazirinin ABŞ-a ilk rəsmi səfəri başlayır

İsrailin xarici işlər naziri Gideon Saar vəzifəyə gəldikdən sonra ilk dəfə ABŞ-a rəsmi səfərəı gedib. Musavat.com xəbər verir ki, məlumatı Times of Israel yayıb.

Saarın ABŞ Dövlət Katibi Marko Rubio ilə Vaşinqtonda Dövlət Departamentində görüşməsi planlaşdırılır ki, bu da Rubionun fevralda İsrailə səfərindən sonra ikinci görüşdür.

O, həmçinin İsrailin Vaşinqtondakı səfirliyinin iki əməkdaşı Yaron Lişçinski və Sara Milqrimin qətlindən sonra may ayında İsraildə qonaq etdiyi ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem ilə də görüşəcək.

Səfər zamanı Saar həmçinin Amerikanın Böyük Yəhudi Təşkilatlarının Prezidentləri Konfransı, AIPAC rəhbərliyi ilə danışıqlar aparacaq, yəhudi icması liderləri və İsrailin xristian tərəfdarları üçün ziyafət təşkil edəcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR