Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya Müdafiə Nazirliyi açıqlayıb ki, 2026-cı ildə də Ukrayna hərbçilərinin hazırlıq proqramı davam etdiriləcək.
Musavat.com xəbər verir ki, Nazirliyin məlumatına görə, bu proqram modernləşdiriləcək və əsas diqqət daha çox “liderlər və təlimatçıların” hazırlanmasına yönəldiləcək.
Böyük Britaniyanın müdafiə naziri Qrant Hili bildirib ki, 2022-ci ildən bəri bu təlim proqramı çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin 50 mindən çox yeni çağırışçısı “həyati əhəmiyyətli döyüş bacarıqları” əldə edib.
Nazir qeyd edib ki, Ukraynanın döyüş meydanında davamlı müqavimət göstərməsi üçün kadr hazırlığı prioritet olaraq qalacaq və Britaniya bu istiqamətdə dəstəyini gücləndirəcək.
Musavat.com
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ