İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bakıda minə yaxın bina söküləcək”- Eldar Əzizov

Paytaxtda istismar müddəti başa çatan 9 mərtəbəyə qədər olan binalar və fərdi yaşayış evləri söküləcək.

Musavat.com xəbər verir ki, bu barədə "XəzərXəbər"ə  müsahibəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov  bildirib.

Onun sözlərinə görə, paytaxtda hər ikinci sakin SSRİ vaxtı tikilmiş, tipik çoxmənzilli binalarda yaşayır. Ona görə də Bakıda köhnə binalar sökülüb əvəzində yeniləri inşa ediləcək. Söküntü sovet dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq. Söküləcək binalar beşmərtəbəli və doqquzmərtəbəlilərdir.

Şəhər meri qeyd edib ki, həmin binalarda yaşayan sakinlər isə mərhələli  şəkildə köçürüləcəklər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR