İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda mənzildən bir ailənin 4 üzvünün meyiti tapıldı

Bakıda bir mənzildə 4 nəfərin meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, Nərimanov rayonunda yerləşən mənzillərdən birinin sahibi polisə zəng edərək kirayəyə verdiyi evin qapısının arxadan bağlı olduğunu, nə qədər döysə də, qapını açan olmadığını bildirib.

Dərhal polis əməkdaşları həmin ünvana gedərək qapını açıblar. Bu zaman mənzildə 4 kişi meyiti aşkar edilib. Onların üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb.

İlkin ehtimala görə, onlar dəm qazından boğulub. Digər ehtimala görə isə həmin şəxslər qidadan zəhərlənərək ölüblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR