Onlayn ictimai-siyasi qəzet
Bakının Qaradağ rayonu ərazisində kişi günüz saatlarında arvadını və qızını döyüb.
Referans.az xəbər verir ki bu barədə hadisə şahidləri məlumat veriblər.
Bildirilib ki, Lökbatanda Heydər parkının qarşısında kişi həyat yoldaşını döyüb. Sonra isə qızını zorla maşına mindirib. Onun yanında isə yaşlı qadın olub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbut Xidmətinın əməkdaşı, polis mayoru Anar Qafarov bildirdi ki, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində ailə münaqişə zəminində baş verib.
Bununla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsində təhqiqat araşdırmalarına başlanılıb. Zərərçəkən şəxslərin, eləcə də hadisəni törədən S.Əzizov və qohumu F.Dadaşovun izahatları alınıb. Təyin edilən tibbi ekspertizaların rəyindən sonra hadisəyə hüquqi qiymət veriləcək.
Hadisənin görüntüləri müşahidə kamerasına tuş gəlib.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ