Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Ombudsman Aparatı polis bölmələrinə başçəkmələrinin nəticələrinə yekun vurub.
Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.
İdarədən bildirilib ki, çevik başçəkmələr çərçivəsində ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaqda bilavasitə şübhəli bilinən bir neçə nəfərin həbs edildiyi müəyyən olunub.
Həmçinin həbs edilənlər arasında azyaşlıların da olduğu müəyyən edilib. Azadlıqdan məhrum edilmiş şəxslərlə şəxsi söhbətlər zamanı sonuncular bir sıra məsələlər qaldırıblar, onların bəziləri Ombudsman və polis nümayəndələri arasındakı müzakirələr nəticəsində həll edilib.
Eyni zamanda, azadlıqdan məhrum edilmiş şəxslər həbslərin qanuniliyi ilə, o cümlədən onların fikrincə, ədalət mühakiməsinin həyata keçirilməsinə mane olan hər hansı hərəkət olmadığı halda azadlıqdan məhrum edilməsinin əsassız olması məsələsi ilə razılaşmadıqlarını bildiriblər.
Ombudsman Aparatı vurğulayıb ki, həbs edilənlər arasında azyaşlıların da olması narahatlıq doğurur. Bununla əlaqədar olaraq, İnsan Hüquqları Müdafiəçisi qeyd olunan prosesdə hər bir yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsinin son çarə kimi tətbiq edilməli olduğunu və onlara qarşı görülən istənilən tədbirin həmin şəxslərin yaşı, həssaslığı və inkişaf ehtiyacları nəzərə alınmaqla ən qısa müddət ərzində həyata keçirilməli olduğunu vurğulayıb.
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ