İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda kirayənişin qaldığı mənzilin 33 minlik əşyasını satdı

Xətai Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Uğur Rəfizadənin (ad və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Uğur Rəfizadə 2 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Uğur Rəfizadə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən birotaqlı, tam təmirli mənzili kirayə götürmək adı ilə 2023-cü il iyulun 3-də zərərçəkmiş Təhminə Sədərovanın (ad və soyadı şərtidir) əri ilə müqavilə bağlayıb. Sonra o, bir müddət mənzildə yaşayıb və 2023-cü il dekabr ayından 2024-cü ilin fevralın 17-dək olan müddət ərzində mənzildən ümumilikdə 33 320 manat dəyərində əşyaları ələ keçirib, istintaqla müəyyən edilməyən şəxslərə satıb.

Hadisədən sonra Uğur Rəfizadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. (Pravda.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR