Onlayn ictimai-siyasi qəzet
Bakıda kafe sahibi və ofisiant müştərilər tərəfindən döyülüb.
“Report” xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.
Belə ki, kafenin müdiri, 1982-ci il təvəllüdlü İsmayılov Şamil Bəkir oğlu və ofisiant, 1994-cü il təvəllüdlü Panov Timur Oleqoviçin müştərilərlə mübahisəsi yaranıb.
Mübahisə sahibkarla işçinin döyülməsi ilə yekunlaşıb.
Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
01 May 2025
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ