Onlayn ictimai-siyasi qəzet
Bakıda hoteldə meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu C.Hacıbəyli küçəsində yerləşən hotellərdən birində qeydə alınıb.
Müəssisəyə müştəri qismində gələn 30 yaşlı Xəzər Tofiq oğlu Muradlının meyiti otaqlardan birində tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri görünməyib. Mərhumun hansı səbəbdən ölməsi hələlik bilinmir.
Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ