Onlayn ictimai-siyasi qəzet
Bakıda əsən güclü külək fəsadlara səbəb olub. Yaşlı qadın aşan ağacın altında qalıb.
Musavat.com xəbər verir ki, hadisə paytaxtın mərkəzində- Nizami küçəsində baş verib.
“ISR plaza”nın qarşısında küləyin aşırdığı ağac avtomobillərin üzərinə aşıb. Hadisə zamanı səki ilə hərəkət edən 60-65 yaşlı qadın ağacın altında qalaraq xəsarətlər alıb.
Ətrafda olanların köməyi ilə qadın yaralı vəziyyətdə ağacın altında çıxarılıb və ona tibbi yardım göstərilib.
Ağacın aşması nəticəsində bir neçə maşına da ziyan dəyib.
İ.Muradov
Musavat.com
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ