İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda bu ərazidə binalar sökülərək yeniləri tikiləcək- İcra başçısı AÇIQLADI

“Alatava 1 qəsəbəsində (Alatava 1 - Yasamal Rayon Polis İdarəsi ilə üzbəüz) söküntüyə başlamaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şirkətlərin biri ilə razılıq əldə edilib”.

Musavat.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib.

İcra başçısının sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətə torpaq ayrılıb, yaxın vaxtlarda ərazidə söküntü işləri başlayacaq:

“Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sənədləşdirmə işləri ilə məşğuldur. İşlər tamamlandıqdan sonra sakinlərlə razılaşdırma işlərinə başlanılacaq”.

Elşad Həsənov söküləcək ərazidə yaxın gələcəkdə yeni binalar inşa olunacağını qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR