İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 8 il əvvəl ərini öldürən qadın və sevgilisi yenidən hakim qarşısına çıxır

Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və sevgilisi Sədi Məmmədov barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkumlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Şikayət hakim Tahir Kazımovun icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.Mahmudova 19 il və S.Məmmədov isə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Kamran Mahmudov 2015-ci il sentyabrın 26-da qətlə yetirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin S.Məmmədov və onun sevgilisi L.Mahmudovanın birgə törətdiyi müəyyənləşib, hər iki şəxs həmin il oktyabrın 3-də tutularaq istintaqa cəlb olunub. Məlum olub ki, S.Məmmədov K.Mahmudovu odlu silahla qətlə yetirib, meyitini L.Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək, özünə məxsus BMW markalı avtomobillə İsmayıllı rayonuna aparıb, orada qardaşı Əli Məmmədovun evinin həyətində basdırıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. L.Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib, K.Mahmudov isə iş adamı olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR