İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı yeni hücuma qarşı hazırlaşmalı

Politoloq: “Türkiyə ilə birgə erməni ideologiyası və erməni terrorizmi ilə mübarizəmiz davam edəcək”

“Müharibəsonrası reallıqlar Bakıdan yeni reallığı nəzərə alaraq, vəziyyəti yenidən dəyərləndirməyi tələb edir. Ermənilərin əksəriyyətinin və ya hətta hamısının Qarabağda qalmaqdan imtina etməsi iki icmanın birgə yaşaması variantını qeyri-mümkün edir. Buna görə gələcəkdə "soyqırım" və "etnik təmizləmə" ittihamlarına, Avropa məhkəmələrində təhqiqatlara və s. qarşı ideoloji mübarizə aparmalı olacağıq. Ermənistan-Türkiyə münasibətlərinin tarixi göstərir ki, bu iddialar, çətin ki, nə vaxtsa aradan qalxsın". “Yeni Müsavat” bildirir ki, "Turan" informasiya agentliyinin təhlilində belə deyilir. Bildirilir ki, Azərbaycan üçün müharibənin nəticələrinin beynəlxalq səviyyədə möhkəmləndirilməsi və qəbul edilməsi vacibdir. Bu mənada Ermənistanla sülh müqaviləsi bağlanması həlledici əhəmiyyətə malikdir. Lakin BMT missiyasının rəyi, ABŞ Dövlət Departamentinin mövqeyi yetərlidir ki, bundan sonra “genosid” ittihamı ayaq açıb yeriməyəcək.

Şübhəsiz, bugünkü vəziyyət 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın üzərindən xətt çəkir və sülh perspektivinə zəmanət vermir. “Paşinyanı devirməyə çalışan müxalifət Qarabağda məğlubiyyəti qəbul etmir və itirilmiş əraziləri hərbi yolla qaytarmağı vəd edir. Ermənistanda çevriliş mütləq bu və ya digər şəkildə Rusiyaya meylli olanları hakimiyyətə gətirəcək. Bu halda Moskvanın maraqları artıq Bakıya təzyiqin gücləndirilməsini tələb edəcək. Ermənistanda yeni hakimiyyət Türkiyə ilə sərhədləri açmayacaq və Zəngəzurdan yolun açılmasına razılıq verməyəcək. "Qarabağı qaytarma" dövlət konsepsiyası yaxın 20-30 ilin proqramı olacaq", - deyə təhlildə bildirilir.

O da qeyd olunur ki, hazırda İrəvanın da mühüm kartları var. Qarabağda qarşıdurmanın başa çatması İrəvan və Ankaranın diplomatik münasibətləri bərpa etməsinə imkan verəcək. Bu, iki ölkə arasında sərhədlərin açılması və birbaşa ticarətin başlaması deməkdir. Bir çox cəhətlərdən bu, Rusiyadan iqtisadi asılılığı aradan qaldıracaq. Moskvanın Ermənistanı qaz qiymətlərini artırmaqla şantaj etmək cəhdi İrəvanı İran qazı satınalmalarını artırmağa vadar edər. “Azərbaycan Silahlı Qüvvələrinin uğurlu fəaliyyəti sübut etdi ki, separatizmə qalib gəlmək və asayişi bərpa etmək mümkündür”. Caliber.az xəbər verir ki, bu barədə Moldova əsilli rumıniyalı politoloq Mixay İsak danışıb. “Əlbəttə, burada təbliğat da mühüm rol oynayır. Lakin təəssüf ki, Bakıdan ermənilərə hər hansı sülh təklifi müharibənin qızışdırılmasında maraqlı olan medianın hücumuna məruz qalacaq. Başqa bir ehtimal Azərbaycana və onun müttəfiqlərinə qarşı erməni terrorizminin yeni dalğasının gəlməsidir. Ancaq ümid edək ki, bu, baş verməyəcək və Qarabağa birdəfəlik sülh gələcək”, - deyə İsak bildirib.

Bəli, “Miatsum” hərəkatı Xankəndidə başladı, orada da bitir. Amma xəbərdarlıqlardan da belə görünür ki, postmünaqişə dövrü asan olmayacaq. Elə Rusiya-Azərbaycan birgə patrul xidmətinə atəş açılmasından məlum olur ki, ərazilərdə tör-töküntü dəstələr qalıb. Onlar zaman-zaman terrorçu fəaliyyətlə məşğul ola, dağlarda gizlənib xain hücumlar təşkil edə bilərlər. Bunun üçün bütün dəlmə-deşiklər, onların sığınacaqları, pusqu qurduğu ən kiçik nöqtələr belə yuxarı Qarabağda aşkarlanıb zərərsizləşdirilməlidir. Çünki erməni terroru əsrlər boyu davam edib. Elə Vardanyanın “Nemezis” hədəsi buna bariz nümunə idi. Ona görə Bakı indidən hazırlaşmalıdır...

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI, en son xeberler 2023, xeberler bu gun 2023

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlunun sözlərinə görə, Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsi və ermənilərin kütləvi şəkildə bölgəni tərk etməsi dünyanın müxtəlif ölkələrində erməni lobbisini “hərəkətə” gətirib, anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətlərini gücləndiriblər: “Erməni radikallar sentyabrın 29-da ABŞ-ın Cənubi Kaliforniya Universitetində Türkiyənin İctimai Diplomatiyası mövzusunda keçirilən konfransın iştirakçılarına hücum ediblər. Bu başlanğıcdır. Tədbir iştirakçıları şifahi və fiziki təzyiqlərə məruz qalıblar. Oxşar xəbərlər Livandan gəlib, orda yenə Azərbaycan səfirliyinə hücum etmək istəyiblər. Qarabağda 1980-cı illərin sonlarında separatizmin vüsət almasında ABŞ və Fransadakı erməni diasporunun rolu danılmazdır. Erməni separatçıları silah almaq üçün gərəkli maliyyəni məhz erməni diasporundan əldə edirdilər”.

Politoloqun sözlərinə görə, erməni diasporu növbəti mərhələdə ASALA terror təşkilatının üzvlərini Ermənistan üzərindən Qarabağa yollamağın maliyyəsini təşkil edirdi: “Azərbaycanın uğurlu antiterror əməliyyatından sonra ASALA-nın yenidən peyda olacağını istisna etmirəm, bəlkə də çirkin niyyətlərini həyata keçirmək üçün "yeni planlar" üzərində işləyirlər. Qarabağ məsələsini həll etdik, ancaq Türkiyə ilə birgə erməni ideologiyası və erməni terrorizmi ilə mübarizəmiz davam edəcək".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR