Onlayn ictimai-siyasi qəzet
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyul ayının pensiyalarını ödəyib.
Nazirlikdən Musavat.com-a verilən məlumata görə, bu il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın lll rüb üzrə nəzərdə tutulan hissəsi (50 manat) də iyul ayının pensiyasının üzərinə əlavə olunub.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək
15 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ