Onlayn ictimai-siyasi qəzet
Aprelin 18-də səhər saatlarında Bakı metrosunda problem yaranıb.
Musavat.com Teleqraf-a istinadən xəbər verir ki, metronun "Əhmədli" stansiyasından "İçərişəhər"ə gedən qatarın qapıları bağlanmayıb.
Stansiyaya "Bakı Metropoliten"inin əlavə əməkdaşları cəlb edilib. Lakin qapıları bağlamaq və qatarı yola salmaq mümkün olmayıb. Qapıların tez-tez açılıb-bağlanması sərnişinlər arasında təşvişə səbəb olub.
Sonra metropoliten işçiləri vaqonları boşaldıblar və qatar depoya gedib.
Sərnişinlər isə başqa qatarla yola salınıblar.
20 Aprel 2025
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ