Onlayn ictimai-siyasi qəzet
“Paytaxt ərazisində baş vermiş zəlzələ Bakı metropoliteninin fəaliyyətinə təsir göstərməyib”.
Musavat.com xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb.
“Qatarlar normal qrafik üzrə hərəkət edir, qurğu və avadanlıqlar işlək vəziyyətdədir.
“Bakı Metropoliteni” QSC rəhbərliyinin tapşırığına uyğun olaraq, metropoliten infrastrukturuna daxil olan bütün qurğu və avadanlıqlara, xüsusən yerüstü sahələrə, o cümlədən elektrik depolarının infrastrukturuna və yol təsərrüfatlarına növbədənkənar baxış keçirilir”, - rəsmi məlumatda bildirilib.
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ