İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bakı məktəblərində 11 direktor işdən çıxarılıb"- Mehriban Vəliyeva

"İşə qəbul və əmək münasibətləri bərabərliyi təmin edən amillərdir. Ötən tədris ilində 39 yeni direktor, 113 direktor müavini, 28 hərbi rəhbər, 220 psixoloq, 23 kitabxana müəllimi və 2550 müəllim işlə təmin olunub. Qeyd edim ki, şəhid və qazi ailələrinin üzvləri də işlə təmin edilib".

Musavat.com-un məlumatına görə, bunu Bakı şəhəri təhsil işçilərinin Sentyabr Konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O, əlavə edib ki, ötən (2021-2002-ci) tədris ilində Bakı məktəblərində 11 direktor işdən çıxarılıb, 34-ü intizam məsuliyyətinə cəlb olunub, 33-nə isə xəbərdarlıq edilib. Bu dövrdə 56 direktor müavini işdən çıxarılıb, 10-na xəbərdarlıq edilib.

O əlavə edib ki, Azərbaycanda 6 ildir tətbiq olunan qrand müsabiqələr də inkişafa yol açır. Ötən tədris ilində 69 müsabiqə yer tutub. Bu layihələrin qalibləri dövlət tərəfindən maliyyələşdirilir".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR