İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış hakimi hakimliklə vidalaşır

Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış hakimi Azad Məcidov yaxında hakimlik karyerasını bitirəcək.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, dekabrda 65 yaşı tamam olacaq hakimin icraatına yeni iş verilməsinə stop qoyulub.

O, yarımçıq qalan son bir neçə cinayət işinin hökmünü elan etdikdən sonra təqaüdə göndəriləcək.

Qeyd edək ki, o, hüquq-mühafizə orqanlarının birində 30 ilə yaxın müstəntiq işləyib. Polkovnik rütbəsi daşıyan Məcidov o vaxt silsilə qətllər və adam oğurluğunda təqsirli bilinmiş Hacı Məmmədov cinayətini araşdıran istintaq qrupunun üzvü olub.

Azad Məcidov 15 il əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilib. O, bu illər ərzində ölkə gündəmində olan bir çox işlərin hökmünü çıxarıb. Buraya müğənni Fədayə Laçının, tarixçi-alim Səbuhi Hüseynovun, "Bravo" hipermarketə basqında təqsirləndirilən şəxslərin, erməni diversantların bir qrupunun işləri də daxildir. Hazırda sözügedən hakim ölkə gündəmində müzakirə edilən talassemiyalı uşaqlar üçün ayrılmış pulları ələ keçirən qadınların işinə baxır.

Məhkəmə proseslərindəki çıxışları ilə də yadda qalan hakimin sitatları mütəmadi olaraq xəbər başlıqlarına çevrilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR