İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda həbs edilən italiyalı jurnalist SƏRBƏST BURAXILDI

İranda üç həftədir həbsdə olan İtaliyalı jurnalist Sesiliya Sala sərbəst buraxılıb.

Musavat.com xəbər verir ki, bu barədə - İtaliya Baş Nazirinin Ofisi məlumat yayıb.

Qeyd edilib ki, jurnalist Sesiliya Salanı evinə aparan təyyarə bir neçə dəqiqə əvvəl Tehrandan havaya qalxıb.

"Diplomatik və kəşfiyyat kanalları vasitəsilə aparılan intensiv iş sayəsində həmyerlimiz İran hakimiyyəti tərəfindən azad edilib və İtaliyaya qayıdır” , - deyə yayılan məlumatda qeyd edilib.

Xatırladaq ki, jurnalist vizası olan İtaliya vətəndaşı Sesiliya Sala 2024-cü il dekabrın 19-da Tehranda “İran İslam Respublikasının qanunlarını pozmaq” ittihamı ilə həbs edilmişdi. 

Toğrul İsmayıl,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR