İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bağlıdır Avropa Birliyinin qapısı üzümüzə...”- Tiflisin suçu...

Politoloqlara görə, “Gürcüstan hakimiyyətinin siyasəti Qərbə xəyanət üzərində qurulduğu üçün” AB-nin qapısından geri qaytarıldı

Avropa Komissiyasının Gürcüstana Avropa İttifaqına namizəd statusunun verilməsini qeyri-müəyyən müddətə ertələməsi Tiflisdə ciddi məyusluq doğurub. Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin sonadək ölkəsinin Avropa Birliyinə namizədliyini təsdiqi üçün Moldova və Ukraynadan fərqlənmədiyinin sübut etməyə çalışması da səmərə vermədi. İyunun 17-də yalnız elan edilib ki, prioritetlər və şərtlər yerinə yetirilən kimi Gürcüstana Avropa Birliyinə namizəd ölkə statusu verilməlidir.

Rusiya mediası iddia edir ki, Gürcüstana bu münasibətin səbəbi demokratiyanın vəziyyətində və aparılan islahatların sayında deyil, Rusiyaya münasibətdədir: “Hamı başa düşür ki, bu, Gürcüstanın rusofob xoruna qoşulmadığına, öz suveren mövqeyini saxladığına və anti-Rusiya sanksiyaları tətbiq etmədiyinə görə Avropanın cəzasıdır. Onlar heç bir şərt olmadan namizədlik statusunu ərazisində müharibə gedən Ukraynaya verməyə hazırdırlar, baxmayaraq ki, Kiyev söz azadlığı, şəxsi mülkiyyət və ”sivil" dünyanın digər fundamental dəyərlərinə qarşı elə addımlar atır ki, hətta bolşeviklər məzarlarında paxıllıqdan dişlərini qıcayarlar. Avropa İttifaqı praktiki olaraq etiraf etdi ki, ittifaqa daxil olmaq üçün əsas meyar təkcə siyasi loyallıq deyil, rusofobiyadır".

O da bildirilir ki, Avropa İttifaqının Gürcüstana münasibətində belə kardinal mövqe dəyişikliyi məhz Tiflisin Rusiya ilə münasibətlərdə daha balanslı siyasət yeritməyə başlamasından sonra baş verib.

Türkiyə Rusiyanın zəifləməsini istəmir - səbəb

Şəhla Cəlilzadə

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə dedi ki,  Gürcüstan Avropa yoluna Ukrayna və Moldovadan da öncə çıxıb, hələ 1990-cı illərin axırlarından ittifaq üzvlüyünə müraciət etmək istəyir və bu barədə müzakirələr gedirdi: “Lakin o dövrdə birliyin rəsmiləri bunun Aİ-Gürcüstan münasibətlərinin inkişafına zərər verə biləcəyi üçün məqbul olmadığını bildirmiş və imtina etmişdilər. Gürcüstan xalqı isə özünü avropalı görürdü (və görür). Onlar 2003-cü ildə ”Qızılgül inqilabı" edərək Avropa vədi verən Saakaşvilini hakimiyyətə gətirdilər. Məhz onun dövründə ölkədə bir çox liberal reformalar edilib, iqtisadi və ticari siyasətdə ciddi dəyişikliklər baş tutub. Məhz Saakaşvilinin avropayönümlü siyasətinin nəticəsidir ki, 2008-ci ilin “5 günlük” müharibəsində az qala Tiflis Rusiya tərəfindən işğal olunurdu. Bundan sonra Cənubi Osetiya və Abxaziyanın qondarma “dövlətləri” Rusiya tərəfindən rəsmi olaraq tanınmışdı. Ruslar 2008-ci ilin 12 avqustunda düz Tiflisin qapılarından döndülər. Ona görə yox ki, gürcülər ruslara güc gəldilər. Ona görə ki, Gürcüstan “dərsini aldı”. Bu gün Saakaşvili qalib gələ bilməyəcəyi savaşa xalqı daxil etdiyi üçün məhz öz xalqı tərəfindən tənqid olunur. Xüsusilə maraqlı və cavabsız sual Qərbin niyə o zaman Gürcüstanı dəstəkləməməsi idi. Avropa özünə əlavə “başağrısı” istəmir. Onlara problem yaratmayan, həm Rusiya ilə, həm Aİ ilə balanslı münasibətləri qoruya bilən bir Qafqaz ölkəsi daha çox fayda verir. Odur ki, Avropa qapısında gözləməkdə, yorulmayan bu ölkələrə Aİ müəyyən güzəştlər etsə də, Ukrayna və Moldovanın ittifaqa üzvlüyünə üstünlük verir. Gürcüstan Avropadan imtina (yaxud gözləmə mövqeyinə dair) cavabı aldığı üçün on minlərlə insan küçələrə çıxıb, “Biz Avropayıq!” plakatı qaldırsalar da, qlobal və regional siyasətin qurucuları gürcülərin daxil olduğu başqa bir platforma yaradıblar- bu “3+3" regional əməkdaşlıq platformasıdır. Bu gün gürcülər buna etiraz edə bilərlər. Lakin Avropanın münasibətini aydın gördükdən sonra təxmin etmək olar ki, yaxın zamanlarda Qafqaz platformasında aktiv iştiraklarını təmin edəcəklər”.

İşağlçı ölkə üçün gələn il limitin bitməsidir » Newscenter.az

Məhəmməd Əsədullazadə 

Politoloq Məhəmməd Əsədullazadə Qərbin Gürcüstanda hakimiyyət dəyişikliyinə hazırlaşdığını qeyd etdi: “Avropa Birliyinin Gürcüstana namizəd statusunu dayandırması əsasən hakim ”Gürcü Arzusu" partiyasinin ölkədə antidemokratik siyasətinin nəticəsidir. Həm də Bdzina İvanaşvilinin Rusiyaya loyal siyasətinin nəticəsidir. Qeyd edim ki, Avropa Parlamenti Gürcüstanda demokratiyanın geriləməsi, ölkədə söz və insan hüquqları sahəsində problemin olduğu barədə qətnamə qəbul edib. İvanaşviliyə sanksiyalar tətbiq edilməsi istiqamətində addımlar atmağa çalışır. Avropa Birliyi ona görə də Gürcüstana status verilməsini dayandırdı. Təbii ki, Ukrayna müharibəsində Tiflis Qərbin yanında olmadı. Halbuki indiyə qədər Gürcüstan Qərbin Cənubi Qafqazda əsas strateji önəm verdiyi dövlət idi. Göründüyü kimi, Tiflis Qərbi dəstəkləmədi, Moskva ilə isə loyal münasibət qurub. Ona görə də Avropa bu addımı atdı. Ümumiyyətlə, indiki Gürcüstan hakimiyyəti Qərblə əlaqələrdə soyuqluq yaratmışdı. Prezident Salome Zurabaşvili qərbpərəst siyasətçi olduğu üçün artıq hökumət onu bloklayir və tərəflər arasında böhran yaranıb. Qərb Cənubi Qafqazı Rusiyaya güzəştə getmir. Gürcüstanda hakimiyyət dəyişikliyinə hazırlaşır. Bu gün Gürcüstan hakimiyyətinin siyasəti Qərbə xəyanət üzərində qurulmuşdu. Ona görə də Avropa bu addımı atdı".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR