İnsanlara hürriyət, millətlərə istiqlal!

Babayan HƏRƏKƏTƏ keçir

Qondarma “Dağlıq Qarabağ Təhlükəsizlik Şurası”nın keçmiş “katibi” Samvel Babayan uzun fasilədən sonra bölgədə görüşlərini bərpa edib.

Musavat.com xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Babayan bir neçə ay əvvəl uğursuz mitinq keçirmək cəhdindən sonra hakimiyyəti ələ keçirmək ümidi ilə yeni səfərbərlik hazırlayır.

“Babayan yerli hakimiyyət nümayəndələri ilə görüşlər keçirir. Onlar vasitəsilə Araik Arutyunyana mesajlar çatdırır. Babayan indiki vəziyyətdə “dövlət naziri” postunu tutmağa hazır olduğunu və Ağdam yolu ilə bağlı Azərbaycanla danışıqlar apara biləcəyini söyləyib. O, “hakimiyyətə” gəldiyi təqdirdə, “ordunu” qısa zamanda bərpa edə biləcəyini də deyib”, - deyə “Hraparak”ın materialında bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR