İnsanlara hürriyət, millətlərə istiqlal!

AzTV sədri: “Biz hər birimiz Qərbi Azərbaycanlıyıq və buna kimsə şübhə etməməlidir”

"Qərbi Azərbaycanla bağlı dinləmədə çıxış edən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov öncə tədbirin təşkilinə görə Milli Məclis rəhbərliyinə təşəkkürünü bildirdi. Daha sonra əlavə etdi ki, biz hər birimiz Qərbi Azərbaycanlıyıq və buna kimsə şübhə etməməlidir".


Musavat.com-un məlumatına görə R.Məmmədov telekanallara çağırışlarla bağlı bildirdi ki, media sahəsində Qərbi Azərbaycanla bağlı çox maraqlı təhlillər, materiallar gedir, sadəcə tamaşaçının saatlarla televiziyanı izləmək üçün vaxtı yoxdur.

“AzTV-də Qərbi Azərbaycanla bağlı gün ərzində 4-5  dəfə verilişlər verilir. Bu gün AzTV-də “Qərbi Azərbaycan” adlı veriliş gedir. Bir neçə il əvvəl AzTV İtaliya jurnalistləri ilə danışıqlara getdi və onların Qərbi Azərbaycana səfərinə nail oldu. Onlar Təpəbaşı və digər ərazilərdə oldular, reportajlar hazırladılar, həmçinin biz özəl görüntülər əldə etdik”-AzTV sədri bildirdi.

Sədr əlavə etdi ki, Qərbi Azərbaycanla bağlı şöbə fəaliyyət göstərir, erməni, fars, kürd dilində verilişlər yayımlanır internet üzərindən. “Biz əlimizdən gələnləri edirik”-deyən telekanal rəhbəri Qərbi Azərbaycanla bağlı resursun əldə edilməsi vacibliyindən də bəhs etdi:

“Mən məsələyə optimist yanaşıram və əmin olun ki, bu istiqamətdə işlər görülür”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR