İnsanlara hürriyət, millətlərə istiqlal!

“Aztəminatlı ailələrdə 2-14 yaş autizmli uşaqların psixodiaqnostikası və korreksiyası” adlı layihə başa çatıb

Aztəminatlı ailələrdən olan autizm sindromlu balaların reablitasiyadan kənarda qalmaması üçün Müasir Psixoloji Dəstək ictimai birliyi Bakı Şəhərində “Aztəminatlı ailələrdə 2-14 yaş autizmli uşaqların psixodiaqnostikası və korreksiyası” adlı layihəsini həyata keçirdi. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirildi.

Tədbirdə rəhbəri Aidə Nəbiyeva cəmiyyətin ən həssas və daha çox xüsusi qayğıya ehtiyacı olan təbəqəsi içərisində autizmli uşaqlar əsas yerlərdən birini olduğunu bildirdi. Onun sözlərinə görə, autizm 2 yaşından etibarən ortaya çıxan uşağın sosial münasibətlərinə və ünsiyyətinə mənfi təsir göstərən, ömür boyu davam edən bir sindromdur. Hazırda dünya əhalisin 1% -dən çoxu bu sindromdan əziyyət cəkir. Dünyada olduğu kimi ölkəmizdə də autizmli uşaqların sayı artmaqda davam edir.

Sindromun reabilitasiyasında tibbi , psixoloji,sosioloji və s.metodlardan geniş istifadə edilir. Çox zaman ailələr bu tip reablitasiyanı ödəmək iqtidarında olmurlar. Ancaq autizm sindrom olaraq nəzarətdən kənar qalarsa daha da ağırlaşma halları müşahidə edilir. Bu da cəmiyyət xüsusisilə də ailə üçün ağır nəticələr doğura bilir.

Layihənin 3 ay ərzində həyata keçirilmişdir. Toplam 15 autizm sindromlu uşağın psixodiaqnostikası edildi, psixokorreksiyası mərkəzin mütəxəssisləri tərəfindən həyata keçirildi.. Eyni zamanda valideynlərlə də maarifləndirici görüşlər təşkil edildi. Uşaqlar həmçinin duyu bütünləmə dərslərində iştirak etdilər, loqopedik dəstək gördülər. Uşaqlarda gözlə görüləcək nəticələr aldıqlarını tədbirdə iştirak edən valideynlər xüsusi olaraq vurğulayaraq layihənin davam edəcəyinə böyük ümidlər bəslədiklərini bildirdilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR