İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərsu”nun vəzifəli şəxsi ilə qadın arasında DAVA - Söyüş söydülər - VİDEO

Sosial şəbəkələrdə avtomobil sürücüsü ilə bir xanım arasında söyüş söymək üstündə düşən dava sürətlə tirajlanır. Belə ki, yeraltı dayanacaqda çəkilən videogörüntüdə xanımla söz savaşına girən şəxsin “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov olduğu iddia edilir.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, videoda sözügedən vəzifəli şəxslə yanaşı, xanım da etikadan kənar ifadələr səsləndirir. Mübahisə çərçivəsində vəzifəli şəxs “Honda” markalı 90-XP-575 dövlət nömrə nişanlı avtomobil ilə xanıma aid olan avtomobili vuraraq oradan uzaqlaşır.

Yayılan videogörüntülərlə bağlı “Azərsu” ASC-yə sorğu ünvanlanıb. Qurumun mətbuat xidmətindən mövzu ilə əlaqədar ünvanlanan sorğuya cavab verilməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR