İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azəriqaz”dan millət vəkilinə sevindirici cavab: kəndlər qazlaşdırılacaq

Millət vəkili Sabir Rüstəmxanlı Nefçala rayonunun Yeniqışlaq və Yardımlı rayonunun Hamarkənd kəndinin qazlaşdırılması ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə ünvanladığı müraciət cavablandırılıb.

“Azəriqaz” İstehsalat Birliyinin Baş Direktoru Ruslan Əliyevin imzası ilə millət vəkilinə ünvanlanan cavab məktubunda bildirilir ki, cari ildə Neftçala rayonunun Beştalı və Mirzəqurbanlı kəndlərində qazlaşdırma işləri tamamlanıb, rayonun digər yaşayış məntəqələrinin, o cümlədən Yeniqışlaq kəndinin qazlaşdırılması məsələsinə maliyyə imkanları çərçivəsində baxılacaq.

Eyni zamanda Yardımlı rayonunun Hamarkənd kəndinin daşıyıcı və paylayıcı qaz kəmərlərinin tikintisi “Azəriqaz” İstehsalat Birliyinin 2024-cü ilin kapital qoyuluşu proqramına daxil edilib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR