İnsanlara hürriyət, millətlərə istiqlal!

Azercell öz şəbəkəsinin genişləndirilməsini yüksək templə davam etdirir

Azercell Telekom şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsinə dair işlərin ilk
mərhələsini başa çatdırıb.

Şirkət bu genişmiqyaslı layihəni avqust ayının əvvəlində həyata keçirməyə başlayıb və bu müddət ərzində Beyləqan, Ağcabədi, Lerik, Qusar, Quba, Füzuli, Astara, Şəki və Yardımlıda quraşdırılmış 250 baza stansiyasında təkmilləşdirmə işləri aparıb.

Şirkət qeyd olunan rayonlarda abunəçilərini daha da keyfiyyətli bağlantı və yüksəksürətli mobil
internet xidmətləri ilə təmin etməyə müvəffəq olub. Bunun sayəsində Azercell müştəriləri mobil
tətbiqlər, təhsil platformaları, sosial şəbəkələr, videozənglər, videokonfranslar və digər
rəqəmsal xidmətlərdən praktiki istifadə təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqlar.

Layihə çərçivəsində lider mobil operator müştərilərinin sürətlə artan ehtiyaclarını qarşılamaq və
gözləntilərini üstələmək məqsədi ilə növbəti 18 ay ərzində bütün respublika boyunca 300-dən
çox yeni radio baza stansiyası quraşdıracaq və 1600-ə yaxın mövcud baza stansiyanı
təkmilləşdirəcək.

İşğaldan azad olunmuş ərazilərdə də keyfiyyətli mobil rabitə şəbəkəsinin genişləndirilməsini
diqqət mərkəzində saxlayan Azercell təkcə Laçın rayonunda 11 baza stansiyası quraşdırıb və
artıq Zabux, Sus və digər kəndlərdə mobil rabitə xidmətləri göstərməyə başlayıb. 

Onu da vurğulamaq lazımdır ki, işğaldan azad edilmiş torpaqlarda ilk mobil infrastrukturu məhz
Azercell qurub. Şirkətin şəbəkəsi Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər
rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların
kəndlərini əhatə edir.

Ümumilikdə, Azercell qeyd olunan regionlarda artıq 80-dən çox radio baza stansiyası quraşdırıb
və bu istiqamətdə fəaliyyətini davam etdirir.

Azercell şirkəti şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə layihəsini həyata
keçirildiyi müddət ərzində ictimaiyyətə mütəmadi olaraq görülən işlər haqda yeniliklər təqdim
edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR