İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azercell"dən abunəçilərə şübhəli mesajlarla bağlı ÇAĞIRIŞ

"Azercell Telekom" MMC abunəçilərini "WhatsApp" tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən Azercell mobil nömrə satışı təkliflərinə, şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır.

Operatordan verilən məlumata görə, müvafiq məzmun və saxta təkliflərin "Azercell"ə heç bir aidiyyatı yoxdur.

Qeyd edilir ki, yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq üçün "Azercell" mobil nömrələrin əldə edilməsi üçün yalnız şirkətin rəsmi www.azercellim.com internet səhifəsinə, eləcə də Azercell Eksklüziv mağazaları və rəsmi diler şəbəkəsinə müraciət etməyi xahiş edir.

Eyni zamanda şirkət öz abunəçilərindən şübhəli zənglərə və SMS- lərə cavab verməməyi, qeyri rəsmi internet saytlardan istifadə etməməyi tövsiyə edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR