İnsanlara hürriyət, millətlərə istiqlal!

Azercell abunəçilərinin NƏZƏRİNƏ

20 iyun 2024-cü il tarixində axşam saatlarından etibarən respublikanın bəzi bölgələrində güclü küləkli hava şəraiti ilə əlaqədar Azercell abunəçilərinin telekommunikasiya xidmətlərindən istifadəsi zamanı müvəqqəti çətinliklərlə qarşılaşması mümkündür.

Bu barədə Musavat.com-a Azercell-dən məlumat verilib.

Bildirilib ki, hal-hazırda yaranmış halın aradan qaldırılması və mobil rabitə xidmətlərinin tam bərpası üçün şirkət gücləndirilmiş iş rejimində çalışır, müvafiq ərazilərdə zəruri tədbirlər görülür.

"Yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, ən qısa zamanda xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin ediləcək" - məlumatda qeyd edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR