İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı “quşbazların” göyərçin ticarəti: Dirisini türkmənlərə, ətini Avropaya...

Son iki ildə Azərbaycanla Türkmənistan arasında diri göyərçin ticarətinin artması müşahidə olunur.

Musavat.com Dövlət Statistika Komitəsinin xarici ticarət statistikasına istinadən xəbər verir ki, 2023-cü ildən Azərbaycandan Xəzərin o tayına diri göyərçin daşınmasına başlanıb.

Həmin il türkmənlərə 100 diri göyərçin satıb, bundan 380 dollar gəlir əldə etmişik.

2023-cü ildə Türkmənistandan alınan 60 göyərçin üçün 180 dollar ödəmişik. 2024-cü ildə isə Aşqabada 444 göyərçin “uçurub”, 1530 dollar qazanmışıq.

Maraqlıdır ki, ölkəmizə getdikcə daha çox ev göyərçini əti idxal olunur. Belarusdan reallaşan bu idxalın həcmi 2022-ci ildə 18,16 ton olubsa, 2023-cü ildə bu, 26,66 tona, 2024-cü ildə isə 33,63 tona çatıb. Ötən il göyərçin ətinin 1 kiloqramını 2,2 dollara almışıq. Eyni zamanda idxal coğrafiyası da genişlənib – Fransadan 180 kq belə ət almışıq.

2024-cü ildə Azərbaycan 15,47 ton ev göyərçini ətini xaricə 327,33 min dollara satıb – 1 kiloqramı 21,2 dollara. Bu həcmin 9,4 tonu İtaliyaya, 5,42 tonu Fransaya, 0,65 tonu isə İspaniyaya satılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR