İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı məşhurlar Bəxtiyar Ersayın təyinatını necə qarşıladılar?

Xəbər verdiyimiz kimi, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri təyin edilib.

Musavat.com azərbaycanlı məşhurların Bəxtiyar Ersayın təyinatına münasibətini təqdim edir.

Millət vəkili Fazil Mustafa:

4f08dec4-175f-38b5-b381-784b16119a3d_850.jpg (79 KB)

"Bəxtiyar Ersay paşanın Azərbaycan müdafiə nazirinin müşaviri təyin olunmasına sevindim. O, Azərbaycan üçün şəhid Nuri Paşa qədər dəyərli şəxsiyyətdir. Orada nəhayət ki, güvəndiyimiz peşəkar birinin olması millətimiz üçün ümidverici haldır".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı:

akif-ashirli.jpg (43 KB)

"Müstəqil Azərbaycan Cümhuriyyəti qurulanda da belə olmuşdu. 2-ci hökumət kabinəsində rəsmən olmasa da, Qafqaz İslam Ordusu komandanı Nuru Paşa Azərbaycan müdafiə naziri funksiyasını yerinə yetirdi. Bu dəfə 44 günlük Vətən savaşının görünməz qəhrəmanlarından Bəxtiyar Ersay Paşa rəsmən Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinin icrasına başlayıb. Gücümüz birliyimizdədir!"

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "YeniÇağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər: 

aqil.jpg (482 KB)

"Zahidin bir barmağın kəssən, dönüb Həqqdən qaçar,
 
Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz.
 
Bax, o, sərpa soysalar da, vətən aşiqi, dövlət sevdalısı olmaqdan bir an olsun vaz keçməyən Bəxtiyar Paşadır!
 
Bəlkə də başqası olsa, küsərdi. Ancaq heç bir günahı olmadığı halda FETÖ tərəfindən 31 ay zindanda saxlandıqdan sonra bəraət alaraq PKK-ya od qoyan, təcrübəsindən, məsləhətlərindən bizim də Qarabağda istifadə etdiyimiz Bəxtiyar Ersay Paşanın təyinatının elan olunması gözəl xəbərdir. Ordumuz və Müdafiə Nazirliyi ilə bağlı inam yaradan məqamdır".
 
LAF TV-nin direktoru Ləman Ələşrəfqızı:
 
leman.jpg (102 KB)

"Türk generalı Bəxtiyar paşa. İnşallah gözü Ordumuzun üstündə olar. Yeni təyinatı uğurlu olsun".

Hərbi ekspert Ədalət Verdiyev:

40fd9257a14ecc8183a6a6fc458dafd6.jpg (244 KB)

"Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri təyin edilib. Xeyirli və uğurlu olsun".

"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu:

0e691981250ea41f02a7b7196cac2f81.jpg (286 KB)

"Azərbaycan ordusu gerçəkdən də dəyişir! Dəyişməlidir! Dərin islahatlar aparılmalı, orduda yuvalanmış mafiya və korrupsiya dəstələri darmadağın edilməlidir!
 
Bahtiyar Ersay paşamızın - Türk Ordusunun bu əfsanə isminin rəsmən Müdafiə Nazirliyimizə yüksək vəzifəyə təyin olunması bu istiqamətdə görülən və davam etdirilən işlərin ciddiyyətindən xəbər verir! Proses Prezidentin iradəsi ilə aparılır və Ordumuzu türkləşdirmək, müasirləşdirmək, daha da gücləndirmək məqsədi daşıyır!
 
Bahtiyar paşa ilə Ali Baş Komandan İlham Əliyevi birgə və uğurlu fəaliyyət bağlayır. Vətən Müharibəsində Bahtiyar paşamız da üzərinə düşən bütün işləri və Ali Baş Komandanın əmrlərini böyük uğurla həyata keçirib. Bundan sonra da birgə fəaliyyət davam edəcək, demək ki!
 
Bahtiyar Ersay paşa Ordumuzun başında dayanan simalardan biridirsə, artıq bu iş tam rəsmidirsə, demək ki, bizi yaxın gələcəkdə ciddi döyüşlər, ciddi mücadilələr, həm də böyük qələbələr gözləyir!
 
Turan və Turan Ordusu Azərbaycandan, Şuşadan qurulur!"
 
"Yeni Müsavat" qəzetinin əməkdaşı Elşad Paşasoy:
 
279852554_3197537117193402_4206006891978936907_n.jpg (332 KB)
 
"Hərbi xidmətdə olduğum zaman bizə Türkiyədən gəlmiş komutanlar təlim keçirdilər. Sonuncu heyətin üzvü Eli Efedən ayrılarkən əsgər dəftərçəmə ondan avtoqraf almışdım. Çox kövrəlmişdim. Həm də Türk komutanlara Qarabağı işğaldan azad etməyimiz üçün arxa-dayaq olaraq baxırdım. O anlarda düşündüm ki, bizə çox çətin olacaq. Düzdür, Türkiyədə hərbi təhsil almış gənc zabitlərimiz gəldilər o zamanlarda, ilk qrupları elə möhtəşəm idi ki, "Öncə Vətən!" deyirdilər hər biri, qürurlanırdıq! Amma yenə də Türkiyə zabitlərinin gedişinə üzgün idik…
 
Şükürlər olsun, Türkiyə Azərbaycanda, Qarabağda, Zəngəzurda, Azərbaycan Türkiyədədir bu gün!
 
General-polkovnik Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri təyin olunması isə növbəti möhtəşəm xəbər oldu! "Qardaş Yumruğu" düşmənlərin başını əzəcək, inşallah! Uğurlu və xeyirli olsun!"
 
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR