İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın XİN başçısının müavini: Küveyt ərazi bütövlüyümüzü hər zaman dəstəkləyib

Küveytin Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – dövlət müstəqilliyinin 63-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Musavat.com xəbər verir ki, rəsmi şəxslər, səfirlər, media təmsilçiləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Küveytin Azərbaycandakı səfiri Abdullah Mohamed Abdullah Almauidi dövlət müstəqilliklərinin 63-cü, işğaldan azad olunmasının 33-cü ildönümünün qeyd olunmasından məmnunluğunu ifadə edib. Ölkəsinin inkişaf yolundan danışan səfir Küveyt və Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. O, iki dost ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini bildirərək vurğulayıb ki, Küveyt və Azərbaycan arasında beynəlxalq arenada bir çox məsələlərdə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərin qarşılıqlı dəstəklənməsi barədə sıx əməkdaşlıq və əlaqələndirmə mövcuddur.

Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev tədbirdə çıxışında vurğulayıb ki, Küveyt Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib.

Ötən 30 il ərzində iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirən nazir müavini qeyd edib ki, bu əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığı əhatə edir. Onun sözlərinə görə, Azərbaycan və Küveyt beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR