İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Ukraynadakı səfiri əsayla görüntüləndi - FOTO

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova əsa ilə görüntülənib.

Musavat.com "qafqazinfo"-ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının kassasının qarşısında lentə alınanı fotoda xanım səfirin səhhətinin yerində olmadığı müşahidə edilib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayanda Azərbaycanın Ukraynadakı səfiri E.Axundova və diplomatik korpusun nümayəndə heyəti Ukraynanı tərk etmişdi və bu, ciddi müzakirələrə səbəb olmuşdu. Xanım səfir Ukraynanı tərk etməsini həm də əməliyyat olunması ilə əsaslandırmışdı.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 69 yaşlı Elmira Axundovanın budəfəki durumu isə həmin əməliyyatla bağlı deyil, ayağı burxulması ilə əlaqədardır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR