İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın tanınmış məşqçisi VƏFAT ETDİ - FOTO

Azərbaycanın əməkdar cüdo məşqçisi Viktor Kuznetsov vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Qeyd edək ki, ölkəmizin ilk cüdo məşqçilərindən olan Viktor Kuznetsov 1946-cı ildə anadan olub. Onun tələbələri SSRİ birinciliklərində, Azərbaycan çempionatlarında və beynəlxalq yarışlarda müxtəlif mükafatlar əldə ediblər.

V. Kuznetsov Rusiyada qadınlardan ibarət yığmanın baş məşqçisi, həmçinin, bu ölkədə Cüdo və Sumo Federasiyasının baş katibi olaraq çalışıb.  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR