İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Moldovadakı səfirliyində MARAQLI AKSİYA - FOTOLAR

2022-ci ilin 1 noyabr tarixində ölkəmizin Moldovadakı Səfirliyində Moldova Respublikasının Baş nazirin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku, Baş nazirin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spınu, eləcə də Baş nazirin xarici siyasət məsələləri üzrə müşaviri Dorin Fresınyanu və Baş nazirin Aparat rəhbəri Stela Cemna səfirliyimizdə Azərbaycan-Moldova arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ağacəkmə mərasimində iştirak edib.

Bu barədə Musavat.com-a Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib.

Mərasim çərçivəsində Moldova rəsmiləri tərəfindən Səfirliyin həyətində Azərbaycandan gətirilmiş Moldovada olmayan 3 ədəd piramida formalı sərv ağacı əkilib.

Ağacəkmə mərasimindən sonra Səfirlikdə keçirilmiş görüşdə iki ölkə arasında müxtəlif sahələr üzrə münasibətlərin dinamik inkişafı müzakirə edilib, moldovalı nazirlər Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq, ölkəmizin sürətli inkişafının şahidi olduqlarını bildiriblər.

Səfir Qüdsi Osmanov qonaqlara 8 Noyabr - Zəfər Günü ilə bağlı məlumat verərək, bu münasibətilə Moldovada silsilə tədbirlərin keçiriləcəyini bildirib. Səfir qeyd edib ki, Səfirlikdə Zəfər gününə həsr edilmiş tədbirin təşkili ilə yanaşı, 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar Səfirliyin önündəki bağçada Şuşaya aid elementlərin əks olunduğu ölkəmizin mədəniyyət paytaxtına həsr edilmiş barelyefin açılış mərasiminin keçirilməsi nəzərdə tutulub.

Səfir Q.Osmanov həmin gün Moldova parlamentində Şuşaya həsr edilmiş foto-şəkillərdən ibarət sərginin keçirilməsi, sərgidə Moldovanın ictimai-siyasi xadimləri, parlament nümayəndələri, həmçinin diplomatik korpusun üzvlərinin iştirakının nəzərdə tutulduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

Tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclis sədrinin birinci müavini deputat Əli Hüseynlinin 8 noyabr tarixində Moldovada səfərdə olacağını bildirən səfir səfər çərçivəsində Ə.Hüseynlinin tədbirlərdə iştirakı ilə yanaşı, Moldova Parlamentinin sədri İqor Qrosu ilə görüşəcəyinə dair məlumat verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR