İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Londondakı səfirliyində anım mərasimi keçirilib - FOTO

Azərbaycanın Londondakı səfirliyində anım mərasimi keçirilib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Azərbaycanın Londondakı səfirliyində son zamanlar yaşanan bəzi üzücü hadisələr ilə bağlı anım tədbiri keçirilib.

Belə ki, ilk olaraq Tehran şəhərindəki səfirliyimizin mühafizəsi zamanı qəhrəmancasına şəhid olmuş Orxan Əsgərovun əziz xatirəsi yad olunub. Səfir Elin Süleymanov qonşu ölkənin paytaxtında belə ağlagəlməz hadisənin baş verməsindən təəssüfləndiyini bildirib.

Daha sonra səfir Süleymanov çıxışı zamanı qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində vəfat etmiş qardaş və bacılarımızın yaxınlarına səbr diləyib.

Həmçinin, Suriyada və Xoy şəhərində zəlzələ nəticəsində baş vermiş itkilərin də məyus etdiyi vurğulanıb.

O, Azərbaycan başda olmaqla, dünyanın bütün ölkələrində azərbaycanlıların bir yumruq kimi birləşərək qardaş Türkiyəyə yardım kampaniyalarında ən fəal şəkildə iştirak etmələrindən qürur duyduğunu bildirib.

Tədbirdə həmçinin, səfir Süleymanov və Londonda fəaliyyət göstərən Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri doktor Əli Tekin Atalar Azərbaycanın bir neçə ölkədə o cümlədən, Birləşmiş Krallıqda səfiri olmuş Fəxrəddin Qurbanovun vəfatından kədərləndiklərini deyiblər, onunla bağlı xoş xatirələrini bölüşublər.

F.Qurbanovun gülərüz insan olduğu, fəaliyyət göstərdiyi ölkələrdə həmişə azərbaycanlıların problemləri ilə yaxından maraqlandığı qeyd olunub.

Çıxışlardan sonra bütün tədbir iştirakçıları ilə birlikdə vəfat edənlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Aytən Abbaslı

APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR