İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın fəal qadınları Le Penin Fransada uduzmasından danışdılar

Fransada seçkilərin ikinci turunda hazırkı Prezident Emmanuel Makron 58,55 faiz səs toplayaraq yenidən prezident seçilib.

Seçkinin 2-ci turunda Milli Birlik Partiyasının namizədi Marin Le Pen Fransa prezident seçkilərinin səslərin 41,45 faizini toplayaraq məğlub olduğunu etiraf edib.

Xatırladaq ki, Marin Le Pen 2012 və 2017-ci illərdə də prezident seçkilərində prezidentliyə namizəd idi. Lakin hər iki seçkidə rəqiblərinə məğlub olub.
Le Pen Donetsk və Luqanskın işğalını da dəstəkləyən azsaylı Avropa siyasətçilərindəndir. Həmçinin Rusiyaya qarşı tətbiq olunan sanksiyaların əleyhinədir. Onun fikrincə, Fransa, Ukrayna–Rusiya müharibəsində, iki ölkə arasında fərq qoymamalıdır.

Hətta o, dəfələrlə Qarabağın Azərbaycandan alınaraq, Ermənistana birləşdirilməsinin tərəfdarı olduğunu da bildirib.

Azərbaycanın qadın siyasətçilərinin, ictimai fəal xanımların Marin Le Penin məğlubiyyətinə dair fikirlərini öyrəndik.

Onlar məni güdür, çox şərəfsizdirlər“ - Aynur Camal

Aynur Camal

Mövzu ilə bağlı Musavat.com-a açıqlama verən Aynur Camal bildirib ki, ölkəmizin əleyhinə olan hər hansısa bir insanın vəzifə başına gəlməyini istəmir: “Əslinə heç Emmanuel Makronun da prezident seçilməsini istəmirəm. Lakin pislər arasında seçim edəndə təbii ki, daha az pisə üstünlük veririk. Ona görə də Marin Le Pen ilə müqayisədə çox az faiz ilə E.Makronun Fransa prezidenti seçilməsi daha yaxşıdır”.

Büdcə parazitləri öz işlərindədirlər – Aygün Muradxanlı yazır – Yenicag.Az

Aygün Muradxanlı

Tanınmış jurnalist Aygün Muradxanlı isə bildirib: “Bildiyiniz kimi Marin Le Penin Putin ilə çox yaxın münasibətləri var idi. Ona görə də təbii ki, Makronun prezidentliyini davam etdirməsi bir mənada müsbət hadisə kimi qiymətləndirilə bilər. Nəzərə alsaq ki, son illər Azərbaycan ilə Fransanın münasibəti Qarabağ problemi kontekstində hər zaman gərgin olub. Bəzən yaxınlaşmalar müşahidə olunsa da görürük ki, Fransa parlamenti və Makron çox açıq şəkildə Ermənistanı müdafiə edib. Həm də nəzərinizə çatdırım ki, M. Le Pen millətçi kəndli tərəfdarı idi. Yəni millətçilik dalğasının güclənməsi Avropa və dünya liberal kəndlisi tərəfindən o qədər də müsbət hadisə kimi qiymətləndirilmir. Buna görə də E.Makronun seçilməsi daha uğurludur, nəinki Vladimir Putinin dostu olan millətçi kəndlinin hakimiyyətə gəlməsi”.

O, həmçinin bildirib ki, Makron Vətən müharibəsi dönəmində BMT-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı 4 qətnaməsini və heç bir beynəlxalq hüquq prinsiplərini nəzərə almadan ölkəmizə qarşı qərəzli mövqedə dayanıb: “Amma düşünək ki, Aİ ilə Azərbaycan arasında olan münasibətlər yeni bir müstəviyə qədəm qoyub. Eyni zamanda bütün hallarda ATƏT-in Minsk qrupu dağılıb. Yeni bir Avropa-Azərbaycan münasibətləri şəkillənib. Azərbaycanın 44 günlük müharibədən sonra əldə etdiyi üstün mövqe Fransanın da bundan sonra Azərbaycanla bağlı siyasətində hansısa dəyişikliklərə gətirib çıxaracaq”.

Ləman Rüfətqızı,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR