İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın bu tələbi də yerinə yetirildi - Erməni deputatdan ŞOK AÇIQLAMA

Azərbaycanın daha bir tələbi - Ermənistan Respublikasının dövlət orqanlarının saytlarında "Artsax" haqqında xatırlatmalar itməyə başlayır.

Musavat.com xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryanın Facebook səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, "Artsax" bölməsi prezidentin və Ermənistan Müdafiə Nazirliyinin saytından da çıxarılıb:

"Mətbuat artıq yazıb ki, saytın “yenilənməsi” ilə əlaqədar olaraq, "Artsax" bölməsi Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytından (guya müvəqqəti) silinib. Eyni səbəbdən, Müdafiə Nazirliyinin saytında da "Artsax Azadlıq Müharibəsi" ilə bağlı bölmə yoxdur... "Artsax" bölməsi prezidentin saytından da çıxarılıb. Bəli, Ermənistanda belə mövqeli bir şəxslər var. Belə çıxır ki, onlar prezidentin internet saytının məzmununu “yeniləməyə” qərar veriblər və tez "Artsaxdan" başlayıblar. Mən tam əminəm ki, bu hakimiyyət azərbaycanlıların “yeniləşmə xəstəliyinə” yoluxub. Nə vaxt sağalacaqlarını görəcəyik".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR