İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan İrana keçməyə cəhd göstərən 2 qadın saxlanılıb

Oktyabr ayının 22-də saat 19:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Səmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan İrana keçməyə cəhd göstərən 2 (iki) nəfər Azərbaycan vətəndaşları - 1994-cü il təvəllüdlü Vəliyeva Məryəm Təbriz qızı və 1981-ci il təvəllüdlü Qasımova Aytən Rafiq qızı saxlanılıblar.

Bu barədə Musavat.com-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Araşdırma zamanı qeyd olunan şəxslərin cari ildə Türkiyədən deportasiya edilərək bu ölkəyə girişlərinə qadağa qoyulduğuna görə dövlət sərhədini pozaraq qanunsuz yolla İrana, oradan isə Türkiyəyə keçmək niyyətində olmaları müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR