İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan Adıyamana yardım daşıyan sürücülər iş adamına GÖRÜN NƏ DEDİLƏR - VİDEO

"Hazırda Türkiyənin fəlakət bölgələrində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin humanitar yardımları ilə yüklənmiş 56 TIR fəaliyyət göstərir, onların 15-i Adıyaman ərazisindədir".

Bu sözləri Musavat.com-a açıqlamasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat deyib.

Tanınmış iş adamı hazırda zəlzələ qurbanlarına yardım etmək üçün fəlakət bölgəsində könüllü olaraq çalışan azərbaycanlılardan ibarət qrupa rəhbərlik edir.

Qeyd edək ki, azərbaycanlı könüllülərin Türkiyənin zəlzələ baş vermiş bölgələrinə getməsini və koordinasiyalı fəaliyyətini məhz Hüseyn Büyükfırat təşkil edib.

İş adamının şəxsən çəkərək Musavat.com-a göndərdiyi görüntüləri oxucularımıza təqdim edirik:

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 44 218 nəfərə çatıb, 100 mindən çox insan yaralanıb.

Təbii fəlakətdən sonra Azərbaycan başda olmaqla 88 ölkə fəlakət bölgəsində aparılan axtarış-xilasetmə işlərində Türkiyə xilasediciləri ilə birgə fəaliyyət göstərib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR